SIĞORTA

Turistlərə ucuz sığorta satışına başlandı
07 İYUN 2016
370

Turistlərə ucuz sığorta satışına başlandı

2016-06-07 14:31:00

Azərbaycanda turistlər üçün ucuz səyahət sığortası satışına başlanılıb. Fins.az-ın məlumatına görə, “Amrah Sığorta” şirkəti səyahət sığortasını onlayn qaydada alanlara 20 % endirim edir. Bunun üçün kartla ödəniş edib şirkətin saytı vasitəsilə səyahət sığortası əldə etmək olar.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sığorta polisi müştərinin elektron poçtuna göndərilir. Səyahət sığortasını həm çap edərək, həm də elektron qaydada istifadə etmək olar.

Şirkətdən fins.az-a bildirilib ki, adi qaydada bir həftəlik səyahət sığortası Türkiyə, Rusiya və Avropa üzrə 9 dollara başa gəlir. Onlayn olaraq 50 min manat təminatla eyni sığortanı 7 dollara əldə etmək olar.

ABŞ, Kanada, Yaponiyada tibbi xərclər digərlərinə nisbətən 20-30% baha olduğundan bu ölkələr üçün səyahət sığortası da baha başa gəlir. Məsələn, ABŞ-a bir həftəlik səyahət sığortası 13-14 dollara satılır. Sayt vasitəsilə bu sığortanı əldə edənlər isə bunun üçün 10 dollar ödəməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272