SƏNƏDLƏR

Prezident onları da mükafatlandırdı
11 İYUL
172

Prezident onları da mükafatlandırdı

2019-07-11 17:08:00

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb. Fins.az xəbər verir ki, ölkə başçısı bir sıra idmançıya Cümhuriyyət medalı verib. 

Belə ki, karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, qadın güləşçisi Mariya Stadnik,  şahmatçılar Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov bu mükafata yiyələniblər.sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev bu mükafata yiyələniblər.

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo),  Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük), Gündüz İsmayılov (parapauerliftinq) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

Cümhuriyyət medalı ilə təltif edilənlər arasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271