SƏNƏDLƏR

Mühasiblərin ƏDV-lə bağlı yaralı maddəsi olan 166-ci maddə dəyişdiriləcək. Amma...
26 DEKABR 2018
190

Mühasiblərin ƏDV-lə bağlı yaralı maddəsi olan 166-ci maddə dəyişdiriləcək. Amma...

2018-12-26 09:34:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsinə olan dəyişiklikləri təsdiq edib. Dəyişikliklər zamanı vergi ödəyicilərin şikayət etdiyi bəzi məsələlər də tam və ya qismən həllini tapıb. Fins.az xəbər verir ki, Mks.az saytının ekspertləri həmin məsələlər haqqında araşdırma aparıb. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov 2018-ci ilin may ayında keçirilən konfrans zamanı bildirmişdi ki, sahibkarların yaralı maddəsi olan Vergi Məcəlləsinin 166-cı maddəsinə dəyişikliklər hazırlanır. Vergi Məcəlləsinə dəyişikliklər təsdiq olunanda bir çox mühasiblərin diqqəti həmin maddəyə yönəlsə də, əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtı ilə heç bir dəyişiklik olmamıışdı.  Nicat müəllimin qeyd etdiyi kimi dəyişiklilər həyata keçiriləcək... amma 01 yanvar 2020-ci il tarixdən.

Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanda bu məsələyə ilə bağlı Vergilər Nazirliyinə aşağıdakı tapşırıq verilib:

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

...

3.2. üç ay müddətində aşağıdakılarla bağlı təklifləri hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

...

3.2.1. əlavə dəyər vergisinin inzibatçılığının, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi;

Fərmandan göründüyü kimi, əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtı ilə bağlı 30 gün məsələsi 2020-ci ildən tətbiq olunmayacaq.  Böyük ehtimalla, əlavə dəyər vergisindən vergi tutulan əməliyyatların vaxtı zamanı kassa metodu nəzərə alınacaq yəni  pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxili olduğu tarix tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256