SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
16 OKTYABR
293

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2018-10-16 12:09:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2000-ci il 19 iyun tarixli 105 nömrəli və “İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 2 avqust tarixli 123 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1208-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 iyul tarixli 312 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
 
1. “İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470; 2002, № 5, maddə 317, № 10, maddə 635; 2010, № 1, maddələr 53, 60, № 11, maddə 1040; 2018, № 3, maddə 576) adına, 1-ci hissəsinə, həmin qərarla təsdiq edilmiş “İcra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin adına və I bölməsinin 1-ci hissəsinə “İcra” sözündən sonra “xidməti icra” sözləri əlavə edilsin.
 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 534, № 10, maddə 635; 2010, № 11, maddə 1040) ilə təsdiq edilmiş “İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları”nın 1-ci və 5-ci hissələrinə “icra məmurlarının” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilsin.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258