KƏND TƏSƏRRÜFATI

NPC Agro Konsaltinq və mühəndislik MMC
14 MAY
313

NPC Agro Konsaltinq və mühəndislik MMC

2019-05-14 16:08:00

Danimarkalı sahibkar Azərbaycanın ilk aqrar startapının hissədarına çevrildi

2016-cı ildən fəaliyyət göstərən və Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri ilə əməkdaşlıq etməkdədir.

Yerli və xarici mütəxəssislərdən ibarət komanda kənd təsərrüfatının müxtəlif sahələrində layihələrin hazırlanması, tətbiqi və nəzarəti, həmçinin ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi kimi bütün mərhələləri özündə birləştirən məhsullar təklif edir.

Cari ilin birinci yarısından etibarən NPC Agro ilə daimi əməkdaşlıq edən və şirkətin peşəkar mütəxəsislərindən biri olan danimarkalı sahibkar Ingvard Find şirkətin hissədarlarından birinə çevrilmişdir.

I.Find və onun Danimarkada fəaliyyət göstərən şirkəti uzun müddət Çili, Argentina, ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Danimarka, Kanada və bir sıra ölkələrdə suvarma sistemləri, bitkiçilik, aqrar biznes, torpaq və ərazi idarəetməsi, davamlılıq və bir sıra fərqli sahələrdə fəaliyyət göstərmişdir.

Şirkət müxtəlif kənd təsərrüfatı analiz xidmətləri həyata keçirir, əkin sahələrinə uyğun bitki növlərinin təyini, toxum və gübrələrin alınması, müasir suvarma sistemləri və bir sıra sahələr üzrə konsultasiya və dəyərləndirmə xidmətləri göstərir. Respublikanın 70 faizə yaxın əkin torpaqlarının xüsusiyyətlərinin məlumat bazasını özündə birləşdirən NPC Agro öz fəaliyyət istiqamətlərini genişləndirərək kənd təsərrüfatı sahəsində göstərəcəyi bir sıra xidmətlərin artması və ağıllı aqrar həllərin formalaşması istiqamətində işlərini davam etdirir.

NPC Agro Qafqazda ilk dəfə reallaşdırılacaq Torpaq skaneri xidmətinə başlayır. Bu elektromaqnit torpaq tədqiqatı xidməti vasitəsilə torpağın yeraltı hissəsi ilə bağlı vacib məlumatları daha qısa müddətdə və daha dəqiq əldə edərək məhsuldarlıq səviyyəsi haqqında geniş məlumat əldə etmək mümkündür. Bununla yanaşı şirkət iqlim stansiyası, torpaq nəm sensorları və peyk ölçmələri vasitələrinin istifadəsi ilə istehsalat xərclərini azaldaraq məhsuldarlıqda 20-25% artımı reallaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır