KƏND TƏSƏRRÜFATI

Yun qırxımı yekunlaşıb
14 MAY
179

Yun qırxımı yekunlaşıb

2019-05-14 09:39:00

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin regionlarda yerləşən xırdabuynuzlu təsərrüfatlarında heyvanların yun qırxımı yekunlaşıb.

Fins.az xəbər verir ki, təsərrüfatlarda 11 min 761 baş xırdabuynuzlu heyvanda yun qırxımı aparılıb. Qeyd edək ki, yun qırxımının aparılması xırdabuynuzlu heyvanlarda gənə, qızdırma, qoturluq və digər xəstəliklərin yayılmaması üçün çox vacibdir. Yun qırxımı qoyunlarda bədən temperaturunun sabit saxlanması, qoyunçuluğun inkişafı və artım üçün zəruri tədbirlərdən sayılır. Yundan hazırlanan yataq dəstləri və geyimlər insan sağlamlığı üçün çox faydalıdır. Belə ki, yundan hazırlanan yataq dəstləri radikulit, əsəb sistemi, qan dövranı və bəzi xəstəliklərin qarşısını alır. Xatırladaq ki, Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 26 Məhdud Məsuliyyətli Cəmiyyət birləşdirilərək “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257