KƏND TƏSƏRRÜFATI

Kərə yağı paltaryuyan maşınlarda hazırlanır – VİDEO
07 YANVAR
172

Kərə yağı paltaryuyan maşınlarda hazırlanır – VİDEO

2019-01-07 10:04:00

Uzun illərdir insanların hazırladıqları nehrə yağı unudula bilər.

Fins.az “Xəzər” TV-yə istinadən məlumat verir ki, nehrədə hazırlanan yağ həm dadı, həm keyfiyyətinə görə digər yağlardan fərqlənir.

Saxsı, taxta və bu kimi qablarda hazırlanan yağ ekoloji cəhətdən təmiz olması ilə yanaşı, yeməklərə də xüsusi dad verir. 

Bu yağda bişən şirniyyatlar da öz tamına görə seçilir. Tərkibi vitaminlərlə zəngin olan bu məhsulun müalicəvi əhəmiyyəti var. Nehrə yağı günəş şüalarına qarşı əvəzolunmaz məlhəm hesab olunur.

Günümüzdə rahat şəkildə kərə yağı əldə etmək üçün digər metodlardan da istifadə edilməsi saxsıdan olan nehrədə hazırlanan yağı tarixə çevirir.

Kənd sakini Əsmayə Əliyevanın sözlərinə görə, onlar həmişə nehrə yağından istifadə ediblər. Nehrədə yağ hazırlamaq isə onun ev işlərinə mane olmayıb. O, 100 qram yağ əldə etmək üçün bir saatdan çox vaxt sərf etdiyini bildirir.

Yaşlı nəsil nehrə yağının digər vasitələrlə hazırlanan yağdan daha faydalı olduğunu düşünür və bu ənənənin insanların sağlamlığı üçün yaşadılmasının vacib olduğunu bildirirlər.

Bəzi vətəndaşlar isə vaxta qənaət etmək üçün nehrə yağını paltaryuyan maşınlarda hazırlamağa üstünlük verirlər.

Qeyd edək ki, bu gün kərə yağının bir kiloqramı bazarlarda 15-16 manata satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256