KƏND TƏSƏRRÜFATI

Bayram yarmarkasında iştirak edən satıcılara vahid geyim forması müəyyən olunub
20 DEKABR 2018
192

Bayram yarmarkasında iştirak edən satıcılara vahid geyim forması müəyyən olunub

2018-12-20 14:55:00

Kənd təsərrüfatı yarmarkasında iştirak edən satıcılara xüsusi geyim formaları müəyyən olunub.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova mətbuat konfransında çıxışı zamanı bildirib.

L.Məmmədovanın sözlərinə görə, yarmarkada satıcıların alıcılarla davranış qaydası da ciddi şəkildə yoxlanacaq.

“Satıcının davranışına, məhsulunun keyfiyyətinə ciddi nəzarət edəcəyik. Bu tələblərə cavab verən fermerlər növbəti yarmarkalara da dəvət olunacaq”, - deyə L.Məmmədova əlavə edib.

© Finans.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264