ƏRZAQ SƏBƏTİ

QidaTəhlükəsizliyi Agentliyi sahibkarlara müraciət etdi
11 OKTYABR
124

QidaTəhlükəsizliyi Agentliyi sahibkarlara müraciət etdi

2018-10-11 17:31:00

Qida Təhlükəsizliyi Agentliyi aqrokimyəvi maddələr və pestisidlərin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Dəyərli iş adamları!

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, o cümlədən ətraf mühitin və əhalinin sağlamlığının mühafizə edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan aqrokimyəvi maddələrin və pestisidlərin müvafiq keyfiyyət standartlarına uyğunluğuna və bitki mühafizə  vasitələrini müşaiyət edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqdim edilməsinə nəzarət edir.

Fins.az xəbər verir ki, qanunvericiliyin tələblərinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və aqrokimyəvi maddələrin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə verilmir.

Eləcə də bax:Gündəlik neft hasilatımız nə qədərdir?

Bildirilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yalnız dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verir.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir ki, pestisid və aqrokimyəvi maddələri müşaiyət edən sənədlər qanunvericiliyə uyğun qaydada təqdim edilmədikdə bu maddələrin ölkəyə idxalına icazə verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260