ƏRZAQ SƏBƏTİ

Azərbaycanda sarı pendir istehsalına başlanılıb
11 MAY
487

Azərbaycanda sarı pendir istehsalına başlanılıb

2018-05-11 15:42:00

Azərbaycanda sarı pendir istehsalına başlanılıb. Bu məqsədlə Saatlı rayonunun Günəşli kəndində süd toplama və emalı müəssisəsi təmir olunaraq yenidən istfadəyə verilib. 

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə üzvləri və yerli sakinlər iştirak ediblər.

Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12 700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək.

Qeyd edək ki, layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti tərəfindən həyata keçirilib. Ümumilikdə, ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata keçirib. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254