ƏRZAQ SƏBƏTİ

Onlayn yemək sifariş etmək asanlaşdı
24 APREL
332

Onlayn yemək sifariş etmək asanlaşdı

2018-04-24 10:27:00

Azərbaycanda  yeni  onlayn yemək çatdırılma xidməti ilə məşğul olan sayt fəaliyyətə başlayıb. Bundan sonra “Metbexler.az” saytına daxil olmaqla istənilən yeməyi sifariş etmək olar. Metbexler.az özündə 40-dan çox restoranı birləşdirir. Bu restoranlarda bişən dadlı və iştahartırıcı təamları sifariş etmək çox asandır. Bunun üçün ilk növbədə saytdan qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı tamamladıqdan sonra mobil nömrənizə gələn kodu təsdiqləməklə Metbexler.az ailəsinin bir üzvünə çevrilirsiniz. Axtarış bölməsinə istədiyiniz restoranın adını daxil edib, menyudan sifariş etdiyiniz yeməyi seçə bilərsiniz. Bütün bunlardan öncə restoranın sizin yaşadığınız əraziyə çatdırılma xidmətinin olub-olmamasını mütləq yoxlayın. Əgər sifariş etdiyiniz ərazi restoranın xidmət sahəsi xaricindədirsə, bu, sifariş zamanı nəzərinizə çatdırılacaq. Bakı və Bakının rayonlarə əhatə edən çatdırılma xidmətinin iş saatı restoranlara görə dəyişir. Çatdırılmanın müştərinin istəyinə uyğun və vaxtında yerinə yetirilməsi üçün Metbexler.az komandasının peşəkar üzvləri missiya yekunlaşanadək müştərilərlə danışır və maraqlanırlar. (012) 499 72 43 nömrəsi müştəriləri mütəmadi olaraq saytın yenilikləri ilə tanış edir, eyni zamanda, təkliflərinizi və iradlarınızı gözləyir. Xidmət sahəsinə daxil olan restoranlarda peşəkar şeflərin bişirdiyi yeməklər və şirniyyatlar bihuşedici dadı ilə sizi valeh edəcək. Metbexler.az vaxtınıza qənaət etməyinizə kömək olacaq. Heç bir yerə getmədən asanlıqla yeməyinizi sifariş edərək, dadlı yeməyin keyfini çıxara bilərsiniz. Yanında kompüter olmayanlar isə saytın mobil tətbiqini telefona yükləyərək asanlıqla sifariş verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257