ƏRZAQ SƏBƏTİ

"Gömrük rüsumları artırılmalıdır" - PREZİDENTDƏN ÇAĞIRIŞ
12 İYUL
3817

"Gömrük rüsumları artırılmalıdır" - PREZİDENTDƏN ÇAĞIRIŞ

2016-07-12 09:57:00

"İdxal, məncə, ümumiyyətlə, bir anlayış kimi olmamalıdır". Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Ancaq indi biz yəqin ki, idxala çeşidlərin müxtəlifliyinə görə yol verməliyik. Çünki bəzi insanlar xarici mallara öyrəşib, onları daha çox üstün tutur. Ona görə, biz idxalı dayandıra bilmərik. Ancaq gömrük rüsumları elə tətbiq edilməlidir ki, yerli məhsullara hər kəs üstünlük versin".

Prezident bildirib ki, yerli məhsullardan əldə edilən vəsait Azərbaycanda qalır: "İkincisi, yerli məhsul keyfiyyətlidir. Orada heç bir kimyəvi, yaxud da ki, insan orqanizmi üçün təhlükəli maddələr yoxdur. Xarici məhsulların bəzilərində, əfsuslar olsun ki, belə maddələr var".

Ölkə başçısı yerli istehsalı sürətləndirmək üçün tənzimləyici tədbirlərin görməli olduğunu vurğulayıb.

"Azərbaycan kimi ölkədə kənd təsərrüfatı məhsullarının idxalı mənə bir az qəribə görünür. Ona görə, biz həm keyfiyyətli məhsul yetişdirməliyik, həm özümüzü tam təmin etməliyik və əlbəttə ki, daxili bazarımızı qorumalıyıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272