SAĞLIQ

Azərbaycanda leykoz xəstələrinə kök hüceyrələri köçürüləcək - QƏRAR
15 NOYABR
303

Azərbaycanda leykoz xəstələrinə kök hüceyrələri köçürüləcək - QƏRAR

2016-11-15 11:59:00

Nazirlər Kabineti “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə  mübarizə üzrə Tədbirlər Proqramın”nı təsdiq edib. Sənədə əsasən, leykoz və digər qan xəstəliklərinin aşkarlanması və müalicəsi  büdcə vəsaiti hesabına həyata keçiriləcək.

Fins.az xəbər verir ki, bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni  məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Uşaq və gənclər arasında bədxassəli şişlərdən ölüm hallarının 50%-i leykozların payına düşür. Ən pisi isə odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.

Statistika

Statistik məlumatlara görə, indi  Azərbaycanda 2500 nəfərdən artıq xəstə, o  cümlədən  300 uşaq  leykoz diaqnozu ilə qeydiyyatdadır. “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın əsas məqsədi bu xəstəliyin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına,  bundan əlillik və ölüm hallarının azaldılmasıdır. 

Proqrama əsasən, leykozun diaqnostikasının və müalicəsinin təkmilləşdirilməsi və dünya standartlarına çatdırılması, bu  xəstəliyə düçar olan şəxslərin dərman preparatlarına olan tələbatının ödənilməsi,  müasir informasiya texnologiyalarından istifadə etməklə, qanın bədxassəli xəstəliyi üzərində nəzarət sisteminin təşkili, eləcə də bu sahədə tibb mütəxəssislərinin hazırlanması və onların peşəkarlığının artırılması nəzərdə tutulub.

Leykozun müalicəsində yenilik olacaq

Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.  

Sənəddə 2017-ci ildə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanyaradıcı orqanların bioptatlarının immunohistokimyəvi müayinəsi üsulunun tətbiqi əksini tapıb. Eyni zamanda gələn ildən qan komponentlərinin xəstələrə köçürülməzdən əvvəl şüalandırılmalıdır. Eləcə də leykoz xəstələrinə hemopoetik kök hüceyrələrinin transplantasiyası həyata keçirilməlidir.

Tibbi registr yaradılacaq

 

Proqrama əsasən, 2017-2018-ci illərdə qanın bədxassəli xəstəlikləri üzrə  tibbi registr yaradılmalıdır.  Bundan başqa, 2017-2021-ci illərdə qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, o cümlədən xarici ölkələrdə ixtisaslaşmaları, onlar üçün metodik vəsaitlərin hazırlanması, eləcə də ictimai maarifləndirmənin təşkili nəzərdə tutulub. 

 

Sənədin tam mətni nilə Fins.az-ın  “Sənədlər” bölməsində yer alan  bu linkdən tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272