SAĞLIQ

Azərbaycanda yeni narkomanların sayı 60% artıb
02 AVQUST
219

Azərbaycanda yeni narkomanların sayı 60% artıb

2016-08-02 15:16:00

2015-ci ildə tibb müəssisələrində qeydiyyatda olan narkomaniya və toksikomaniya xəstələrinin sayı azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən   məlumata  görə, 2014-cü ildə onların sayı 28 min 796 nəfər olduğu halda, ötən il 28 min 712 nəfər olub. Nəticədə əhalinin hər 100 min nəfərinə  düşən narkomanların sayı 299,5  nəfər olub. 

Əvəzində ilk dəfə narkotika aşkarlanan şəxslərin sayı artıb. Komitənin məlumatına görə, 2014-cü ildə  1257 nəfərdə narkomaniya aşkarlandığı halda 2015-ci ildə 2 030 nəfərdə ilk dəfə bu xəstəlik aşkarlanıb.  Başqa sözlə, ilk dəfə narkomanlıq aşkar edilən şəxsdərin sayında 60%-dən çox artım var. 

Statistika Komitəsinin məlumatına görə, ölkədə alkoqoliklərin də sayı bir qədər azalıb. 2014-cü ildə Azərbaycanda 22  278  nəfər  alkoqolizmə tutulan şəxs vardısa, 2015-ci ildə bu rəqəm  21 777 nəfərə enib. Nəticədə əhalinin hər 100 min nəfərinə djüşən alkoqoliklərin sayı 235 nəfərdən 227 nəfərə enib.  

Ötən il qeydə alınan alkoqoliklərin sayında da azalma var. Komitənin məlumatına görə, 2014-cü ildə 881 alkoqolik qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 619-a enib. Başqa sözlə, yeni alkoqoliklərin sayında 30% azalma var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272