PR

“VKontakte” istedadlı kontent yaradıcılarını dəstəkləyəcək
02 SENTYABR
68

“VKontakte” istedadlı kontent yaradıcılarını dəstəkləyəcək

2019-09-02 10:36:00

“VKontakte” kontent yaradıcıları üçün qrant proqramı buraxır. Sosial platformanın nümayəndələri öz yaradıcı işlərini bölüşən ən yaxşı müəllifləri seçəcəklər.

Fins.az xəbər verir ki, şəbəkə onların davam etməyi üçün maliyyə yardımı edəcək, hətta müxtəlif bonuslar ilə sevindirəcək.

“VKontakte” ayda bir dəfə belə məzmun yaradıcılarından ən yaxşısını seçəcək. Xüsusi münsiflər heyəti orijinal ideyanı, auditoriyanın aktivliyini, keyfiyyəti qiymətləndirəcəklər.

Qalib ümumilikdə 150 000 rubl qrant (2250 dollar-red.) alacaq. Qrantın 100 000 rublı isə istifadəçinin sosial şəbəkədə reklamın inkişafı üçün fəaliyyətinə görə veriləcək.

Qeyd etmək yerinə düşər ki, qrantın sahiblərini il ərzində festival, konsert, sərgi, idman və mədəniyyət tədbirlərinə inteqrasiyası gözlənilir.

Yeni yaradılan VK Talents portalından istifadə etməklə isə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərsiniz.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır