PR

“YouTube” ən çox qazanan video platforma oldu
05 AVQUST
93

“YouTube” ən çox qazanan video platforma oldu

2019-08-05 09:46:00

Amerikanın video paylaşma platforması “YouTube” 2019-cu ilin ikinci rübündə, “Netflix”, “Hulu” kimi pullu platformalardan daha çox gəlir əldə edib.

Fins.az xəbər verir ki, “YouTube”un 2019-cu ilin ikinci rübündə platformanın 138 milyon dollarlıq gəlir əldə edib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 2,2 dəfə çox rəqəm deməkdir. 

“Sensor Tower”in məlumatlarına görə, qeyd olunan dövrdə ən çox qazanan video və foto platformalarının beşliyində Kwai, TikTok, 17 LiveAF və PicsArt yer alıb. ABŞ-dan olan istifadəçilər “YouTube”un gəlirlərinin 70%-ni, “Yaponiya 7%-ni, İngiltərə 4%-ni təşkil edir. ABŞ bazarından daha çox qazancın əldə olunmasını isə “YouTube TV”nin yalnız burda olması ilə izah edirlər.

“Sensor Tower”in hesabatında ən maraqlı tərəflərdən biri isə “YouTube”un “Apple Store”də ən çox qazanan foto və video paylaşım platforması olmasına rəğmən, onun “Google Play”də onluqda yer almaması olub. Bundan başqa, “Google Play"də ən çox qazanan foto və video tətbiqi “Apple Store”də dördüncü yerdə qərarlaşan 17 LiveAF hesab olunur.

Qeyd edək ki, “YouTube” 2006-cı ilin noyabrında “Google” tərəfindən 11,65 milyard dollara alınıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır