PR

Rusiyalı milyarderə məxsus olan supermarketdən yeni addım
10 İYUL
236

Rusiyalı milyarderə məxsus olan supermarketdən yeni addım

2019-07-10 15:01:00

“Diksi” mağazanın yeni formatını yoxlayır.

Fins.az xəbər verir ki, riteyler Moskvada Novorijski küçəsində yeni formatda mağaza açır, mətbuat xidmətinin məlumatında deyilir.

Şirkət gələcək planları haqqında danışmayıb, amma deyiblər ki, mağaza yeni lövhənin altında və yeni konsepsiyanın elementləri ilə birlikdə açılacaq.

“Diksi”nin nümayəndəsi Vadim Makarenko isə açıqlamasında deyib ki, “Biz bu mağazada bir çox ideyanın reallaşmasını planlaşdırırır. Ən uğurlu ideyalar şirkətin bütün mağazalar şəbəkəsində tətbiq ediləcək”, - deyə o, sözlərinə əlavə edib.

Yenilənmiş mağazada promoaksiya üzrə olan bütün məhsullar onlar üçün ayrılmış xüsusi yerdə yerləşəcək. Eləcə də mağazada tərəvəz, meyvə, çörək, süd məhsullarının satıldığı yerdə ayrıca olacaq.

Şirkətin mətbuat xidmətindən, həmçinin deyiblər ki, supermarketə məhsulların daxil olması istehlakçıların tələbləri ilə birbaşa bağlı olacaq.

Xatırlatmaq yerinə düşər ki, “Diksi”, “Viktoriya”, “Meqamart”ın da daxil olduğu 2,3 mindən çox ticarət nöqtəsini birləşdirən eyniadlı qrupa daxildir. Qrupun 54,4% səhmi biznesmen İqor Kesayevin strukturlarının nəzarətindədir. Şəxsi məlumatlara görə, 2018-ci ildə “Diksi”nin gəlirləri 298,6 milyard rubl təşkil edib. Şirkət iki ildə ilk dəfə isə 942 milyon rubl həcmində xalis mənfəət əldə etmişdi. Bu mənfəətə qarşılıq, bir il əvvəlki zərər isə 6 milyard rubl olub.

Qeyd edək ki, 3,2 milyard pulu olan, 52 yaşlı biznesmen son zamanlar şəxsi həyatı ilə də gündəmdədir. Belə ki, o özündən 24 yaş kiçik məşuqəsi “Miss Sarışın Ukrayna-2013” müsabiqəsinin qalibi Olqa Klimenko ilə evlənib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır