PR

Tarixin ən bahalı portreti şahzadənin yaxtasında tapıldı – Foto + Video
14 İYUN
198

Tarixin ən bahalı portreti şahzadənin yaxtasında tapıldı – Foto + Video

2019-06-14 10:25:00

Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (Salvator Mundi) əsəri Səudiyyə irsindən şahzadə Muhammed bin Salman Al Saudun yaxtasında saxlanılır.

Fins.az xəbər verir ki, “The Guardian” nəşri yazır ki, əsərin qiyməti yarım milyard dollar qiymətləndirilir. 

İncəsənət əsəri hələ ki, şahzadənin gəmisində qorunacaq. Ona görə ki, hələ El-Ule-də mədəni mərkəzin tikintisi sonlanmayıb. Burada da Vinçinin işlərinin yerləşdirilməsi gözlənilir. Yaxtanın özü isə Misirin kurort zonası hesab olunan Şarm-əş-Şeyx şəhərində yerləşir. “Dünyanın xilaskarı” portreti 2017-ci ildə Nyu-Yorkda Christie's hərracında satılıb. Həmin vaxt əsərə görə 450 milyon dollar verilmişdi.

Qeyd edək ki, daha əvvəli xəbərdə isə deyilirdi ki, Leonardo da Vinçinin “Dünyanın xliaskarı” əsəri BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində, Fransanın Luvr muzeyinin şöbəsindən yox çıxıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır