PR

Ailəsinə görə 16 illik işindən ayrılan top menecerə vəzifə verildi
27 DEKABR 2018
280

Ailəsinə görə 16 illik işindən ayrılan top menecerə vəzifə verildi

2018-12-27 14:26:00

“Victoria’s Secret”in sabiq başçısı rus “Gloria Jeans”ə başçılıq edəcək. Ötən il isə Terni “Gloria Jeans”in Direktorlar Şurasına da gətirilmişdi. Fins.az facemark.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” yazır.  Terni “Victoria’s Secret”də karyerasının 16 ilini keçirib, bunun 9 ilində isə o şirkətdə baş icraçı direktor (CEO) vəzifəsini yerinə yetirib. Şeren Terni 2016-cı ildə ailəsinə görə bu postdan imtina edib. Son iki ildə isə o, müxtəlif şirkətlərə konsultinq xidmətləri göstərib. “Gloria Jeans”in gəlirlərini yaxın beş ildə artırmaq məqsədlərdən biridir. Buna görə də, biz nəinki Rusiya ərazisində, eləcə də, ölkənin xaricində də inkişaf etməliyik. “Gloria Jeans”də pərakəndə biznesi ilə bağlı uğurlu təcrübə var idi, bura həmçinin Rusiyadakı baş ofis ilə regional şirkət arasındakı uğurlu əlaqəni də əlavə etmək lazımdır. Bizə təşkilatın başqa strukturlarına keçid lazımdır, bu isə kömək olacaq ki, məqsədli planlarımızı həyata keçirməyə nail olaq. Bundan başqa, biz şirkəti ilkin xalqa təklifə açıq hala (IPO- Initial public offering) gətirməliyik”, - deyə Terni yeni vəzifədəki planları haqqında danışarkən deyib. “Infoline-Analtik”in başçısı Mikail Burmistrov yeni təyinatla bağlı deyib ki, “Gloria Jeans” çoxdan beynəlxalq ekspansiya üçün hazırlaşırdı: “Şirkətə yeni baş direktorun gətirilməsi də bu istiqamətdə olan addımlardan biridir”, - deyə o sözlərinə əlavə edib.

“Şirkət rəhbərliyə güclü, beynəlxalq top-menecerləri cəlb edəcək. “Gloria Jeans” istehsalın maya dəyəri üzrə Çin şirkətləri ilə rəqabət aparmaq iqtidarındadır. Bu isə ona yeni bazarlara çıxış üçün çətinlik yaratmayacaq”, - deyə Burmistrov xatırladıb.

Qeyd edək ki, ilin əvvəlində “Gloria Jeans” qərb riteylerləri olan Zara və H&M-in nümunəsi əsasında, ev üçün əşyaların satışı ilə məşğul olan mağazalar şəbəkəsi yaratmağı planlaşdırırdı. Bundan başqa, “Gloria Jeans” “Tmall” platformasının ölkədəki ilk partnyorlarından bir olmuşdu. Belə ki, brendlər üçün geyim hazırlayan bu platformanın Rusiya ərazisi üçün onlayn mağazası fəaliyyət göstərmirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027