PR

Elon Muskdan qəribə açıqlama: Həftədə 100 saat çalışın
29 NOYABR
137

Elon Muskdan qəribə açıqlama: Həftədə 100 saat çalışın

2018-11-29 13:55:00

Amerikanın “Tesla Motors” avtomobil şirkətini sahibi, kosmik nəqliyat vasitəsi, raket istehsalçısı “SpaceX”in təsisçisi Elon Musk deyib ki, işçilər “dünyanı dəyişdirmək” istəyirlərsə, həftədə 80 - 100 saat çalışmalıdırlar.

Fins.az-ın məlumatına görə, onun “Twitter” platformasına marağını və hər mövzu haqqında fikir və şərhini tvit atmasını hər kəs yaxşı bilir.

Bu dəfə Musk iş saatları haqqında qəribə fikirlərini paylaşıb. Ona adıçəkilən sosial platformada istifadəçilərdən biri belə bir sual ünvanlayıb. “Dünyanı dəyişdirmək üçün neçə saat işləmək lazımdır?”.

Musk isə cavabında qeyd edib ki, çalışmaq üçün çox asan yerlər var, ancaq kimsə dünyanı həftədə 40 saat çalışaraq dəyişdirmədi”. Musk, işçilərin “dünyanı dəyişdirmək” üçün həftədə 80-100 saat çalışmasının lazım olduğunu irəli sürüb. Cavabında öz şirkətini nəzərdə tutan Muska görə, 80 saatdan sonra ağrı getdikcə artır. O, əminliklə müdafiə edir ki, “SpaceX”, “Tesla”, “Boring Company” və “Nueralink” kimi rəhbəri olduğu şirkətlərdə yalnız “nəsə etmək istəyənlər” işə qəbul olunur.

Elon, daha əvvəlki açıqlamalarında qeyd etmişdi ki, onlar “Tesla Model 3”in istehsal hədəflərinə çatmağında çətinlik çəkirdilər. Amma onun işçiləri həftədə 5000 nəqliyyat vasitəsi istehsal etmək üçün, 100 saat belə çalışıblar.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256