PR

Necə Empatiya Yarada Bilərik?
24 MAY
450

Necə Empatiya Yarada Bilərik?

2018-05-24 12:37:00

Son illərdə tez-tez istifadə edilən kəlmələrdən biri də empatiyadır. Empatiya tam olaraq, insanın özünü qarşı tərəfin yerinə qoyub ona görə davranması anlamına gəlir. Bəs nə qədərimiz bu məsələdə yaxşıyıq? Həqiqi mənada insanların nə düşündüyünə məhəl qoyuruqmu? Yoxsa, qarşınızdakı danışarkən ona nə cavab verəcəyinizi düşünürsünüz? Ya da ağlınız başqa yerlərdə olur?

Daha sağlam əlaqələr və yaxşı bir ünsiyyət üçün empatik qüvvələrin inkişaf etmiş olması olduqca əhəmiyyətlidir. Çünki informasiya əsrində yaşayırıq və sağlam münasibətlər üçün, qarşı ilə sağlam bir ünsiyyət qurmağınız böyük əhəmiyyət daşıyır.
İmpatiya qabiliyyətinizi necə möhkəmləndirə bilərik?
1- Fəal Dinləyici Olmaq
İmpatiya üçün, dinləmə qabiliyyətimizi inkişaf etdirməyimiz lazımdır. Qarşımızdakını düzgün anlamaq üçün, ilk növbədə yaxşı bir dinləyici olmalıyıq. Yaxşı bir dinləyici olduqda yanlış anlaşılmalara da meydan verilməz. Fəal dinləmə, tam olaraq qarşı tərəfin nə dediyinə diqqət yetirməyə bağlıdır. Qarşımızdakı danışarkən, ağlımızdan min bir şey keçirsə, verəcəyimiz cavabı düşünürüksə yaxşı bir dinləyici deyilik deməkdir. Qarşındakını tam olaraq dərk edəndə verəcəyin cavabın bir hökmü olur. Fəal dinləmə qabiliyyətlərinizi inkişaf etdirdikdə, ətrafınızdakı insanların, sizinlə daha çox danışmaq, dərdləşmək istədiklərini görəcəksiniz.
2- Qərəzli Fikirlərdən Ayılmaq
Qərəzlər, insanlara yaxınlaşarkən qarşımıza çəkilmiş bir divar kimidir. Aranızda divar varkən biri ilə danışa bilməzsiniz. Özünüzdən fərqli, sizin kimi düşünməyən insanlarla daha çox ünsiyyətə keçməyiniz, fikirlərinizi uduzmağın birinci addımıdır. Onları da başa düşməyə və nə üçün fərqli düşündüklərini dərk etməyə çalışın. Hər kəsin sizin kimi düşünmək məcburiyyətində olmadığını unutmayın. Bizi gözəl edən fərqli prioritetlərimizdir.
3- Başqaları Haqqında Maraq Hissinizi Coşdurmaq
Burda sərqli insanlarla ünsiyyət qurmaq üçün hərəkətə keçməkdən söhbət gedor.Hər gün qarşısından keçdiyiniz evsiz dilənçinin, mənzilə girib çıxarkən qarşılaşdığınız üst qat qonşunuzun necə bir həyatı var nələr yaşamışlar, hekayələri nə heç narahat deyilsinizmi? Onlara bir salam verməklə başlaya bilərsiniz. Sonra bəlkə qonşunuz evinizə dəvət edir, dilənçiylə bir yerdə çay içmək istəyirsiniz. Qorxmayın və rahatlıq zonanızı tərk edib və fərqli insanlarla ünsiyyət qurmağı təcrübədən keçirdin.
4- Etibar Qazanın
İnsanlarla hisslərinizi və düşüncələrinizi açıq bölüşün. Danışmaqdan qorxmayın. 5 dəqiqə əvvəl tanış olduğunuz birinə bütün həyat hekayənizi izah etməyin əlbəttə. İnsanlarla açıq bir şəkildə danışdıqda onlar da sizə qarşı açıq olmaq istəyəcək. Sizə qarşı açıq yanaşan insanlarla daha asan impatiya yarada bilərsiniz.
Müəllif: Babək Bayramov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255