PR

Azercell “Yeni Il 2017” kampaniyasına başlayır
26 DEKABR 2016
438

Azercell “Yeni Il 2017” kampaniyasına başlayır

2016-12-26 14:02:00

Azercell Telekom MMC yeni il münasibəti ilə yeni sərfəli kampaniyalar və unikal xidmətlər ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət bu münasibətlə abunəçilərinə hazırladığı “Yeni Il 2017”  kampaniyasını təqdim edir. “Yeni Il 2017” kampaniyası abunəçilərə həm 2 fərqli 4g smartfon seçimi, həm də sərfəli danışıq fürsəti verir. Belə ki, 26 Dekabr 2016-cı ildən etibarən Azercell abunəçiləri “Yeni Il 2017” kampaniyasına qoşularaq, 1 il ərzində ayda sadəcə 25AZN ödəməklə Lenovo vibe + 5GB internet və ya ayda cəmi 45AZN ödəməklə General Mobile 5+ smartfonu + 5GB internet əldə edəcəklər. Bununla yanaşı, kampaniya abunəçiləri ölkə daxilində sərfəli danışmaq imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri, Azercell Express-lərə və Bakı Diler Şəbəkəsinə müraciət etməlidirlər.

Yüksək sürətli mobil internetdən istifadəni mümkün edən smartfonları əhaliyə əlverişli şərtlərlə təqdim etmək niyyətini əsas tutaraq, Azercell bundan sonra da bu tip sərfəli kampaniyaları abunəçilərinə təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304