PR

“Kapital Bank”dan sığorta paketləri təklifi
26 DEKABR 2016
133

“Kapital Bank”dan sığorta paketləri təklifi

2016-12-26 10:39:00

Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək. İlk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu bankın filiallarından əldə edə bilərlər.

 Avtomobillərin icbari sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Qeyd edək ki, yaxın zamanlarda Kapital Bank filiallarında həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9659
  • ₽ RUB
    0.0307