PR

Daha bir bank gecələr də işləyəcək
13 OKTYABR
1208

Daha bir bank gecələr də işləyəcək

2016-10-13 11:12:00

Operativlik, peşəkarlıq və müştəri məmnuniyyətinin daim yüksək səviyyədə saxlanılmasını təmin edən Expressbank artıq bank xidmətlərini  24 saat təqdim edəcək.

Şəhərimizin mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı artıq fəaliyyətini həftəni 7 günü 24 saat iş rejimində davam edəcək. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Həmçinin xatırladaq ki,  Expressbank-ın MXD, Elmlər, Əhmədli, Xətai, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər  ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275