PR

Beynəlxalq Bank Backbase şirkəti ilə əməkdaşlığa başladı
30 SENTYABR
201

Beynəlxalq Bank Backbase şirkəti ilə əməkdaşlığa başladı

2016-09-30 10:04:00

Azərbaycan Beynəlxalq Bankı ilə bank texnologiyaları sahəsində dünya liderlərindən olan Backbase şirkəti arasında müqavilə imzalanıb. SİBOS 2016 beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanmış müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur. Müqaviləni ABB tərəfdən Bankın İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov, Backbase şirkəti tərəfindən isə şirkətin icraçı direktoru  Jouk Pleiter imzalayıb.

Proqram təminatlarının yaradılması ilə məşğul olan Backbase şirkətinin əsas missiyası müştərilərlə qarşılıqlı əlaqə sisteminin yaradılması, idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyi məsələlərində maliyyə institutlarına dəstək verməkdir. Şirkətin məhsullarını tətbiq edən banklar sırasında dünyanın bir sıra aparıcı bankları, o cümlədən ABN-AMRO,Barclays, Sberbank, ING, Deutsche Bank, National Bank of Abu Dhabi və s. kimi banklar var. Müqavilə çərçivəsində Backbase şirkəti ABB-ə də elektron bankçılığın inkişaf etdirilməsində kömək göstərəcək.

Özünün yeni fəaliyyət strategiyasına uyğun olaraq rəqəmsal bankçılıq texnologiyalarının geniş tətbiqini planlaşdıran Bank müştərilərlə əlaqə kanallarını modernləşdirəcək. Backbase şirkəti tərəfindən yaradılan elektron bankçılıq proqram təminatı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın da fəaliyyətində tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270