PR

Müştərilərini səyahətə göndərən bank
13 İYUN
157

Müştərilərini səyahətə göndərən bank

2016-06-13 10:06:00

Kapital Bank yeni “Dincəlmək vaxtıdır” adlı stimullaşdırıcı lotereyasına başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, şərtlərə əsasən, 13 iyundan 29 iyuladək Kapital Bank-dan kredit götürən müştərilər tirajlı lotereyada iştirak edib, Şamaxı, Qəbələ və Qubada yerləşən 5 ulduz mehmanxanalara səyahət paketləri əldə edə biləcəklər.

Lotereya ərzində 36 ədəd standart və 1 ədəd Jumeirah Bilgah Beach Hotel-ə VIP paket sahiblərinə çatacaq. Hər həftənin bazar ertəsi günü təsadüfi seçim proqramı vasitəsilə keçmiş həftənin qalibləri müəyyən ediləcək. Lotereyanın şərtləri və qalib gələn müştərilər haqqında məlumat rəsmi saytda dərc ediləcək.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272