PR

“Kapital Bank”dan yenilik – DUAL CARD
18 MAY
464

“Kapital Bank”dan yenilik – DUAL CARD

2016-05-18 14:23:00

Visa şirkəti və Kapital bank MDB və Cənub Şərqi Avropada analoqu olmayan Azərbaycanda innovasiya bank məhsulu olan Dual Card kartını təqdim edib. Fins.az xəbər verir ki, bu kard özündə bütün əməliyyatları bir kartda daha rahat şəkildə həyata keçirmək üçün debet və kredit kartı olan iki dəyərli kartı birləşdirir. Azərbaycan MDB və Cənub Şərqi Avropa ölkələri bazarında ilk innovasiya məhsulu buuraxan ölkədir. 

Kapital bankın Visa Dual Card-ında hər hansı digər bank kartları kimi Azərbaycanda bank tərəfindən buraxılan bir çip hazırlanıb. Fərq ondan ibarətdir ki, çip iki kartın- debet və kredit kartlarının nömrələrin özündə birləşdirir. Bunların hər birinin öz nömrəsi mövcuddur, bu nömrə həmçinin kartın üz tərəfində də göstərilir. Müştəri ödəniş əməliyyatını həyata keçirən zaman bank müstəqil olaraq hansı əlavənin istifadə olunacağını müəyyən edir. Əməliyyat aparılan zaman ticarət-xidmət müəssisəsində və ya bankomatda POS-terminal çipə daxil edilmiş məlumatları oxuyur və borcların silinməsi üçün iki əlavədən birinin müştəri tərəfindən seçilməsini təklif edir. 

«Azərbaycanda Kapital bankla birlikdə buraxdığımız Visa Dual Card məhsulumuz özlüyündə ənənəvi bank məhsuluna yeni baxışı təqdim edir. Onun işlənməsi - bazarın tələblərinə cavab verən müasir kart həllininin yaranmasına  innovativ yanaşmanın tətbiq olunma həllidir.», – Bu, Azərbaycan, Belarusya və Moldavada regional menecer olan İqor Kavalyovun şərhidir.  – «Azərbaycan regionda bizim bu innovativ məhsulu buraxan ilk ölkədir. Ümid edirəm ki, istehlakçılar yeni məhsulun üstünlüklərini dəyərləndirəcəklər, Azərbaycanda bütün növ elektron ödəmələrin inkişafına müsbət təsir göstərəcək.  Biz Azərbaycan iqtisadiyyatında nəğd olmayan ödəniş formasının populyarlaşdırılması ilə bağlı müasir ödəmə həllini yaratmaq üçün partnyorlarımızla, dövlət orqanları və icra orqanları ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik. 

“Kapital Bank ölkənin ən böyük banklarından biri olmaqla 90 filial və 2 şöbədən ibarət iri xidmət şəbəkəsinə malikdir. Bir sıra beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Kapital Bank, 2003-cü ildən etibarən Visa International beynəlxalq ödəniş sisteminin üzvüdür. Kart məhsullarının təqdimatında və aksiyalarda Visa ilə sıx əməkdaşlıq edirik. Əminəm ki, bu layihə də Kapital Bank-a uğur gətirəcək” - deyə, Kapital Bank-ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev bildirib. 

Visa Inc. (NYSE: V) cəld, təhlükəsiz və etibarlı elektron ödəmə şəbəkəsi ilə 200 dən çox ölkədə ticarət-xidmət müəssələrinə, maliyyə və dövlət müəssələrinə və kart sahiblərinə giriş imkanı yaradan qlobal ödəmə sistemidir.  Elektron ödəmələri istehlakçıları oğurluq hallarından müdafiə edən və ticarət xidmət müəssəsələri üçün ödəmələrin həyata keçirilməsinə zəmanət verən saniyədə 65 000 transaksiya dövr etmə gücünə malik olan VisaNet qlobal innovativ proqressiv sistem vasitəsilə həyata keçirilir. Visa bank deyil, ödəmə kartları buraxmır, istehlakçılara komissiya və ya faiz məbləği tətbiq etmir, həmçinin kart sahiblərinə kredit vermir. Öz növbəsində, Visa innovativ həlli debet, fakturasız və kredit kart məhsulları daxil olmaqla, maliyyə təşkilatlarına öz müştərilərinə geniş miqyaslı maliyyə vasitəslərindən istifadə etmək imkanı yaradır.[1] Daha ətraflı məlumatı aşağıdakı veb saytdan əldə edə bilərsiniz:,www.visa.com.azhttps://www.facebook.com/visaazerbaijan 

Kapital Bank haqqında

Kapital Bank  ən geniş spektrli xidmət şəbəkəsinə malikdir və ölkə üzrə 90 filial və 2 şöbə ilə əhaliyə xidmət göstərir. Bankn məhsulları və xidmətləri haqqında daha ətraflı məlumatı www.kapitalbank.az veb saytından bankın sosial şəbəkədəki səhifələrindən əldə edə və həmçinin 196 müştəri xidmət mərkəzinə nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272