OXU ZALI

“DəmirBank“ işçi axtarır – VAKANSİYA
25 NOYABR
2110

“DəmirBank“ işçi axtarır – VAKANSİYA

2016-11-25 22:00:00

“DəmirBank“ nəqliyyat şöbəsinə sürücü vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə,"BC" kateqoriyalı sürücülük vəsiqəsi olan, avtomobil idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 30-dur.

 Vəzifə öhdəlikləri:

• Təqdim edilmiş nəqliyyat vasitəsinin qorunmasını və istismara yararlı vəziyyətdə saxlanılmasını həyata keçirilməsi;
• Bank rəhbərliyinin müəyyən etdiyi ünvanlara işçilərin və yüklərin daşınması;
• Rəhbərliyin göstərişi ilə rayon filiallarına ezam olunma.

Namizədə qarşı tələblər:

• "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
• Avtomobil idarəedilməsi üzrə ən azı 3 illik iş təcrübəsi olmalı; 
• İntizamlı və məsuliyyətli olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adı email-in mövzu hissəsində “Nəqliyyat şöbəsinə sürücü” göstərilməlidir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272