XƏBƏRLƏR

Saç tökülməsi və dırnaq qırılmasına qarşı RESEPT
22 SENTYABR
141

Saç tökülməsi və dırnaq qırılmasına qarşı RESEPT

2017-09-22 10:44:00

Dırnaq qırılması, saç tökülməsi və yuxusuzluq kimi simptomlar bəzi hormonların kifayət qədər işləməməsindən, vitamin və mineral çatışmazlığından qaynaqlana bilər. Sağlam bədənə qovuşmaq istəyirsinizsə,  bu qarışımları için.
Tibb.fins.azxəbər verir ki, xroniki halsızlığa qarşı bibər və limon qarışımı
Bu qarışım xroniki halsızlıq sindromundan xilas olmağa kömək edəcək. Pis əhval-ruhiyyə sizi tərk edəcək. İki yaşıl bibəri blendrda çəkin, sonra üzərinə yarım limon suyu sıxaraq için.
Böyrəküstü vəzi işlədən qarışım
Halsızlıq, dırnaq qırılması, saç tökülməsi kimi problemlər yaşayırsınızsa, bunun səbəbi böyrəküstü vəzinin işləməməsi ola bilər. Braziliya fındığı və qurudulmuş cəfəri yarpaqlarını blendra atın. Çəkdikdən sonra təbii bal, quru üzüm və toz zəncəfil əlavə edin. Həftədə 2-3 dəfə için.
İmmuniteti gücləndirən böyürtkən qarışımı
Böyürtkən immunitet sisteminin güclü qalmasını təmin edir, görmə qabiliyyətini gücləndirir. 2 banan, 3 qaşıq böyürtkən, 1/3 limonun suyu, 2-3 kərəviz sapı və 1 stəkan suyu blendrda qarışdırıb için.
Enerji verən ispanaqlı qarışım
Banan və ispanaq sağlamlıq üçün möcüzəvi ikilidir. Banan əhval-ruhiyyəyə yaxşı təsir edir, yorğunluğu aradan qaldırır və enerjini artırır. 1 stəkan təzə ispanaq yarpağını 2 banan, 1 alma, 1 stəkan su və yarım limon suyu ilə blendrda qarışdırıb için.
C vitamini və dəmir çatışmazlığına qarşı
Limon C vitamini ehtiyacını qarşılayır, alma isə lif və dəmir qaynağıdır. 1 alma, 2 xiyar və yarım limon suyunu blendrda qarışdırıb içə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297