XƏBƏRLƏR

Ən çox bu uşaqlar kəkələyir
13 SENTYABR
64

Ən çox bu uşaqlar kəkələyir

2017-09-13 16:27:00

Uşaqlarda kəkələmə halları sanki artıb . Cəmiyyətdə çoxumuz bu cür uşaqlarla rastlaşırıq. Loqopedlərin apardığı məşğələlər və bəzi massaj üsulları ilə bu qüsur çox zaman aradan qaldırılır. Bu cür məşğələlər aparan mütəxəssis Gülbacı Həsənəliyevanın Fins. az- a verdiyi məlumatdan məlum olur ki, əvvəlki illərlə müqayisədə kəkələmə halları daha geniş  hal alıb. Onun sözlərinə görə kəkələmə bəzən anadangəlmə , ya da sonradan da yaranan qüsurdur. Mütəxəssisin sözlərinə görəkəkələmə gec dil açan uşaqlar arasında daha geniş yayılıb.Çünki gec dil açan uşaq daha çox və tez - tez danışmaq istəyir və beyninin məhsulunu tez çatdıra bilmir.Bu zaman nitqdə qüsur – kəkələmə baş verir.  Gülbacı Həsənəliyeva bildirdi ki ,  işlədiyi mərkəzə keçən illə müqayisədə bu il kəkələmə ilə bağlı daha çox müraciət olunub. Onun sözlərinə görə bu qüsur oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha çox müşahidə olunur.  Bu qüsurun aradan qalxması üçün isə aparılan məşğələlərlə bərabər uşaqları mütaliəyə cəlb etmək məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294