NƏQLİYYAT

Avtovağzalın məlumat mərkəzi yenilənir
23 İYUL
98

Avtovağzalın məlumat mərkəzi yenilənir

2019-07-23 17:26:00

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) yenilənmiş və müasir standartalara cavab verən məlumat mərkəzi istifadəyə veriləcək.

Bunu açıqlamasında BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib.

P.Məmmədova qeyd edib ki, sərnişinlərin biletləri gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün əvvələ kimi əldə etmək imkanı var:

“Bildiyiniz kimi həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərə avtobus reysləri fəaliyyət göstərir. Sərnişinlər online qaydada sayt və mobil tətbiq vasitəsilə və ya qabaqcadan satış kassalarından əldə etmək imkanı var. Kassalar səhər saat 07:00-dan 00:00-a qədər ixtiyarınızdadır. BBAK-ın əsas məqsədi xidmət səviyyəsini yüksəltmək və sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu məqsədlə bir çox işlər görülüb və hazırda görülməkdədir”.

Onun sözlərinə görə, Avtovağzal Kompleksindən istifadə zamanı yaranan neqativ halları daha tez və effektiv həll edə bilmək üçün məlumat mərkəzinə məlumat verilməlidir:

“Problem yaşadığınız zaman yerindəcə (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya perron nəzarətçilərinə yaxınlaşa bilərsiniz. Eyni zamanda facebook adresi və ya [email protected] email ünvanı vasitəsilə də yazıb göndərə bilərsiniz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır