NƏQLİYYAT

Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər
15 APREL
136

Gələn aydan metroda maşinistlər yeni forma geyinəcəklər

2019-04-15 09:48:00

Bakı metrosunun maşinistlərinə mayın 10-dan yeni geyim formaları veriləcək.

Bunu  açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq formalar verilir və ilk olaraq yeni maşinistlərdən başlanılıb.

"Ən geci may ayının 10-dan əksər maşinistlərə yeni formalar veriləcək. İlk olaraq, yeni maşinist, daha sonra isə digər maşinistlər forma ilə təmin olunacaqlar. Yeni formalar yerli istehsaldır",- sədr müavini əlavə edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027