NƏQLİYYAT

Bakı-Naxçıvan avtobuslarının yük yerləri bloklanacaq
15 MART
310

Bakı-Naxçıvan avtobuslarının yük yerləri bloklanacaq

2019-03-15 16:32:00

“Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrindəki problemlərin bir qismi həllini tapıb”.

Bunu Bakıda keçirilmiş Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclasından sonra jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan sonra Bakıdan Naxçıvana gedən avtobusların yük yerləri həm Astarada, həm də Culfada bloklanacaq: “Bununla da, vətəndaşlarımız muxtar respublikaya daha rahat gedib-qayıdacaqlar”.

Bundan başqa, Şahin Mustafayevin sözlərinə görə, İran tərəfi Azərbaycana məxsus yük daşıyıcılarına tətbiq etdiyi zəmanət haqlarının məbləğin azaldacaq. İslam respublikasından Avropa ölkələrinə daşınan yüklərin isə bir hissəsi Naxçıvan ərazisindən keçəcək.

“Bundan başqa, sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı da razılıq əldə etmişik”, - o əlavə edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267