Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb. Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.Hazırda nasazlığın səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır