NƏQLİYYAT

Parkinq qiymətləri artırılır – BNA-dan AÇIQLAMA
09 YANVAR
550

Parkinq qiymətləri artırılır – BNA-dan AÇIQLAMA

2019-01-09 10:56:00
Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilən parkinqlərdə qiymətlərin artırılması günün əsas xəbərlərindən biridir. Sürücülər sosial şəbəkələrdə aylıq qiymətlərin 2 dəfə artırılmasına dair məlumat yaysa da, bu, BNA tərəfindən nə təkzib, nə təsdiq edilir. 
Fins.az xəbər verir ki, BakuPost-un əməkdaşı parkinqlərdəki qiymətlərlə maraqlanmaq üçün BNA-nın operatorları ilə əlaqə saxlayıb. Qurumdan da konkret cavab verilməyib. Amma bildirilib ki, qiymət artımı olacaq. 
"BNA-ya daxil olan parkinqlərdəki qiymət siyasəti dəyişəcək. Qurum qiymətlərin artırılması ilə bağlı yaxın vaxtlarda Tarif Şurasına müraciət edəcək”, - deyə bildirilib. 
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də qiymət siyasətinə baxılacağını təsdiqləyib: "Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti-Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.
Bu istiqamətdə ciddi iş aparılmaqdadır. İşlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263