NƏQLİYYAT

Bu iki maşurut xəttində avtobuslar yenilənəcək
24 DEKABR 2018
229

Bu iki maşurut xəttində avtobuslar yenilənəcək

2018-12-24 18:02:00

Fins.az-ın məlumatına görə,Dekabrın 26-dan 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək. Bakı Nəqliyyat Agentliyi İdarə heyətinin sədrinin müvafiq sərəncamına əsasən marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə cavab vermədiyi üçün onunla bağlanan müqaviləyə xitam verilib. Belə ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki baxımdan nasaz olması, sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyinə bununla bağlı sərnişinlərdən şikayətlər daxil olurdu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcı fəaliyyətində müsbətə doğru hər hansı bir addım atmayıb. Qeyd edilən hallar nəzərə alınaraq xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General Auto Company” firmasına həvalə edilib.

Həmçinin dekabrın 26-dan 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256