NƏQLİYYAT

Bu tranzit sazişinə Azərbaycanın da qoşulacaq - TƏKLİF
29 NOYABR
76

Bu tranzit sazişinə Azərbaycanın da qoşulacaq - TƏKLİF

2018-11-29 09:22:00

İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətərin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb.

DGK-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətləri müzakirə edilib.

Qətərin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari Qətərlə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Eyni zamanda, nazir Qətərlə Türkiyə arasında mövcud olan tranzit sazişinə Azərbaycanın da qoşulması təklifini dilə gətirib.

S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Eyni zamanda, DGK sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Eləcə də bax: "Bitcoin"nin məzənnəsi yenidən 4 000 dolların üzərinə çıxıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256