NƏQLİYYAT

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri
08 AVQUST
248

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhəri

2018-08-08 11:38:00

Nəqliyyat rahatlığına görə dünyanın ən yaxşı şəhərinin reytinq siyahısı tərtib olunub. Siyahıya sakinlərinin orta hesabla ildə cəmi 22 saatını tıxacda keçirən, evdən işə və geriyə ayda cəmi 40 dəqiqə sərf edən, əməkhaqqlarının cəmi 1,25 faiz hissəsini nəqliyyata xərcləyən Fransanın Nitsa şəhəri başçılıq edir.

“Euromag” jurnalının tərtib etdiyi siyahıya ümumilikdə 74 şəhər daxil edilib. Reytinqdə ikinci yeri Ekvadorun Kuenka şəhəri tutub. İlk üçlüyü İspaniyanın Tuluza şəhəri qapayır. Siyahıda dördüncü və beşinci yerlərdə müvafiq olaraq Fransanın Tuluza və İtaliyanın Katanya şəhərləri qərarlaşıb.

Qeyd edək ki, reytinq tərtib edilərkən ictimai nəqliyyatdan istifadəyə sərf olunan vaxt, dayanacaqlarda gözləmə müddəti, qət ediləcək məsafə, bir səfər üçün nəqliyyat vasitəsinin dəyişilmə sayı, həmçinin tıxacda gözləmə müddəti və orta əməkhaqqına nisbətən nəqliyyat xərclərinin qiyməti nəzərə alınıb. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255