NƏQLİYYAT

Azərbaycanda nə qədər yük və sərnişin AVTOMOBİLLƏ daşınır?
14 İYUL
273

Azərbaycanda nə qədər yük və sərnişin AVTOMOBİLLƏ daşınır?

2018-07-14 12:52:00

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər bu ilin yanvar-iyun aylarında 110,2 mln. ton yük və 952,6 mln. sərnişin daşıyıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınması 1%, sərnişin daşınması isə 1,5% artıb. Yüklərin 63,9%-i avtomobil, 26,0%-i boru kəməri, 6,1%-i dəmir yolu, 3,9%-i dəniz, 0,1%-i hava nəqliyyatı ilə, sərnişinlərin isə 87,3%-i avtomobil, 12,4%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258