NƏQLİYYAT

Sərnişinlərin nəzərinə!
09 İYUL
217

Sərnişinlərin nəzərinə!

2018-07-09 13:15:00

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində  işləri davam etdirir. 

Vətəndaşların bir daha nəzərinə çatdırırıq ki, Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən     Azərbaycana gələn  sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45  gün Kiyevdən Bakıya 30 gün,  Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış  başlayır. 

Eləcə də bax: Bu yola 2 laydan ibarət 12 sm qalınlığında asvalt-beton döşənəcək - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256