NƏQLİYYAT

Bakı yollarında hərəkət istiqaməti dəyişdirildi
10 MAY
61

Bakı yollarında hərəkət istiqaməti dəyişdirildi

2018-05-10 09:15:00

Bu gün Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti – Fəxri xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunub.

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi, 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələri istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdirilir. (Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277