NƏQLİYYAT

Yanvar-mart aylarında dəmir yolu ilə 610 mindən çox sərnişin daşınıb
25 APREL
152

Yanvar-mart aylarında dəmir yolu ilə 610 mindən çox sərnişin daşınıb

2018-04-25 10:13:00

Dəmir yolu nəqliyyatı ilə 2018-cı ilin yanvar-mart aylarında 610,2 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 1,7 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 307 vaqon yüklənib, 381 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 11,7 min ton, qərb istiqaməti üzrə 4,5 min ton, cənub istiqaməti üzrə isə 0,3 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254