NƏQLİYYAT

Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
19 APREL
163

Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

2018-04-19 11:28:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 145 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254