NƏQLİYYAT

“Şimal-Cənub” nəqliyyat dəhlizi Stavropoldan taxıl ixracını artıra bilər
29 MART
158

“Şimal-Cənub” nəqliyyat dəhlizi Stavropoldan taxıl ixracını artıra bilər

2018-03-29 13:43:00

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə salınması Stavropol diyarında istehsal edilən taxılın Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə ixracını artıra bilər. Bu barədə Stavropolun kənd təsərrüfatı naziri Vladimir Sitnikov jurnalistlərə məlumat verib.

“Biz Novorossiyskə milyonlarla ton taxıl daşıyırıq. Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri istiqamətində isə ixracımız heç bir milyon tona çatmır. Yəni biz ixrac axınını çoxalda, qiymətləri sabitləşdirə, Körfəz, Asiya ölkələrinə çıxa bilərik. Bu, nəhəng bazardır və bizi orada gözləyirlər”, - deyə Vladimir Sitnikov bildirib.

Nazir qeyd edib ki, indi bu istiqamətdə Stavropol diyarı təxminən 900 min ton taxıl ixrac edir. Proqnozlara görə, yeni istiqamətin açılması Stavropol taxılının alış qiymətini 10-15 faiz artırmağa kömək edəcək, ünvana çatdırılma vaxtını 5-7 gün azaldacaq. “2018-ci ildə layihənin birinci mərhələsi başa çatmalıdır. Stavropol logistika nöqteyi-nəzərindən ən əlverişli mövqedə yerləşir, biz yolun başlanğıcındayıq. Bu bizə müvafiq istiqamətdə nəqliyyat xərclərini 30 faizədək aşağı salmağa da imkan verər”, - deyə V.Sitnikov qeyd edib.

“Şimal-Cənub” nəqliyyat dəhlizi yüklərin Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən Şimali Avropaya daşınmasına hesablanıb. Layihə çərçivəsində Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon ton yük daşımaq, gələcəkdə bunu 10 milyon tona çatdırmaq və daha da artırmaq nəzərdə tutulur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273