NƏQLİYYAT

Bərdədə 9 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur
06 FEVRAL
91

Bərdədə 9 yaşayış məntəqəsini birləşdirən yol təmir olunur

2018-02-06 11:59:00

Bərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunda işlər yüksək keyfiyyətlə və sürətlə aparılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə. uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və və əsasının genişləndirilməsi işləri aparılır. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarışıından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılacaq. Ümumilikdə yola 2 qat olmaqla 10 sm qalınlığında 100 min m2 yeni asfalt-beton örtüyü döşənəcək.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301