NƏQLİYYAT

“Ferrari” “Formula-1”i tərk edə bilər
03 NOYABR
152

“Ferrari” “Formula-1”i tərk edə bilər

2017-11-03 15:29:00

“Ferrari” “Formula-1”i tərk edə bilər. Bunu komanda rəhbərliyi açıqlayıb.

Onlar 2021-ci ildə yarışın reqlamentinə ediləcək dəyişikliklərə etiraz əlaməti olaraq, bu addımı atmaq niyyətindədilər. Belə ki, seriyanın yeni sahibi olan “Liberty Media” və “Formula-1” üçün mühərrik istehsalçıları komandalarını saxlamaq üçün xərcləri azaltmağa çalışır.

“Ferrari”nin prezidenti Sercio Markionne isə bu yeniliklə razı deyil: “Əgər brendə və bazardakı mövqeyimizə fayda verəcək şərtlər olmasa, biz “Formula-1”də yarışlardan imtina edəcəyik. Bu turnir bizim qanımızdadı, amma özümüzü başqa cür apara bilmərik. Çünki buranı tanınmaz hala salırlarsa, “Formula-1”də qalmayacağıq”.

Qeyd edək ki, noyabrın 7-də “Formula-1” rəhbərliyi ilə strateji qrup arasında görüş olacaq. Burada büdcələrin məhdudlaşdırılmasına, idman və kommersiya sistemlərinə yenidən baxılacaq. 1950-ci ildən “Formula-1”də çıxış edən “Ferrari”nin müqaviləsi isə 2020-ci ildə başa çatacaq. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287