NƏQLİYYAT

Bu avtobusun hərəkəti dəyişdirildi
09 İYUN
604

Bu avtobusun hərəkəti dəyişdirildi

2017-06-09 13:46:00

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. Dəyişikliyə əsasən “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq  23-dən  33-ə qədər artırılacaq. 

Qeyd edək ki, 11.02.2017-ci il tarixində 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə, o cümlədən “141” Çağrı Mərkəzinə  18 nömrəli marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olunmuşdur. Bakı Nəqliyyat Agentliyi bununla bağlı aparıdğı manitorinq və təhlillər nəticəsində 18 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik dilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 nömrəli maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.

Qeyd ədək ki, Sərnişinlərin rahatlığının təmin edilməsini prioritet məqsəd olaraq qarşısına qoyan Bakı Nəqliyyat Agentliyi daxil olan şikayət və müraciətləri hər zaman diqqətdə saxlayır və ən önəmli məsələlərdən biri hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285