NƏQLİYYAT

Ziya Məmmədov media qarşısına çıxıb
22 NOYABR
1780

Ziya Məmmədov media qarşısına çıxıb

2016-11-22 12:24:00

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov uzun müddətdən bəri ilk dəfə olaraq medianın qarşısında görünüb. Fins.az xəbər verir ki, nazir bu gün Bakıda işinə başlayan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiyalar sərgisinin açılışında olub. 

Fins.azın suallarını cavablandıran nazir rəhbərlik etdiyi qurumun normal şəkildə fəaliyyət göstərdiyini bildirib. Konkret işlərə gəlincə, Z.Məmmədov bildirib ki, hazırda əsas məsələlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatdırılması və ölkədə avtomobil yollarının tikintisi ilə bağlıdır: «Nazirliyimiz bu istiqamətlərdə qarşısında dayanan vəzifələrin icrası ilə məşğuldur».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271