NƏQLİYYAT

Avropa Parlamentində Bakı limanının təqdimatı keçirilib
11 NOYABR
213

Avropa Parlamentində Bakı limanının təqdimatı keçirilib

2016-11-11 14:35:00
“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin (Bakı Limanı) baş direktoru Taleh Ziyadov Belçika Krallığında işgüzar səfərdə olub. Fins.az-ın Limandan əldə etdiyi məlumata əsasən, səfər çərçivəsində Taleh Ziyadov Avropa Komissiyasının Nəqliyyat və Hərəkətlilik üzrə Baş direktoratlığının rəhbəri Henrik Hololei ilə danışıqlar aparıb. Görüş zamanı Bakı Limanının fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. 
Avropa Parlamentində “Avropaya Yeni Giriş – Bakı Limanı” adlı təqdimat mərasimi keçirilib. Tədbir Avropa Parlamentinin üzvləri olan deputatlar İvo Vayql (Sloveniya) və Gesine Maysnerin (Almaniya) birgə təşkilatçılığı ilə təşkil olunub. 
İ.Vayql çıxışı zamanı Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə yanaşı, Azərbaycanın Aİ üçün strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə biləcəyini bildirib. 
Daha sonra çıxış edən Avropa Parlamentinin deputatı G.Maysner Azərbaycanda tranzit imkanlarının geniş olması ilə bağlı məqamı qeyd edib  və Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini vurğulayıb. 
T.Ziyadov Bakı limanının hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat verib. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacağına, Avropa və Asiyanı birləşdirən, geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyinə və bununla tarixi İpək yolunun yenidən canlanmasına öz xüsusi töhfəsini verəcəyinə dair fikirlərini bölüşüb. 
Baş direktor “DP World” şirkəti ilə məsləhətçi qismində müqavilənin imzalandığını və Ələtdə yerləşən yeni Bakı Limanı və ətrafında ATZ qurulduğunu qeyd edib. O vurğulayıb ki, zonada nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Bununla da ATZ-də minlərlə yeni iş yeri açılmış olacaq bu da öz növbəsində ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradılacaq.  
Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) illik konfransına dair məlumat verilib və tədbirdə iştirak edən nümayəndələr konfransa dəvət edilib.  
Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair verdiyi geniş və dolğun müsahibəsi  Aİ-nın nüfuzlu media orqanı hesab edilən "Euroactiv" xəbər portalında yerləşdirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275