NƏQLİYYAT

Gediş haqqını ödəməyən sərnişinlər – CƏRİMƏLƏNƏCƏK
14 OKTYABR
571

Gediş haqqını ödəməyən sərnişinlər – CƏRİMƏLƏNƏCƏK

2016-10-14 14:45:00

Azərbaycanda şəhərdaxili, rayondaxili sərnişin daşımaları yerinə yetirən avtobuslarda sərnişinlərin avtobusa ödəniş etməməsinə və sürücülərin sərnişinləri ödənişsiz daşıdığına görə cərimələnməsi qaydası dəyişib.

Fins.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə  bu məsələ öz əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına görə sürücüyə iyirmi manat cərimə tətbiq ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, yuxarıda qeyd olunan cərimə biletsiz getməyə və ya biletsiz aparılmaya görə tətbiq edilir.

“Biletsiz” və “sərnişinin biletsiz” sözləri “müvafiq qaydada ödəniş etmədən” və “müvafiq qaydada ödəniş edilmədən sərnişinin” sözləri ilə dəyişdirilir.

Layihə səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272